...

Özbəkistan və Rusiya prezidentlərinin görüşü başlayıb

Dünya xəbərləri Materials 23 Yanvar 2009 12:09 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 23 yanvar/ Trend , müxbir T.Jukov/ Özbəkistana səfərə gəlmiş Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyevin  Dürmən iqamətgahında rəsmi görüş mərasimi baş tutub, - özbək dövləti başçısının mətbuat xidmətindən Trend ­-a bildiriblər.

Özbəkistan prezidenti İslam Kərimov və Rusiya prezidenti Dmitri Medvedyev podiuma qalxıblar, Özbəkistan və Rusiyanın dövlət himnləri səslənib.  Prezidentlər fəxri qaravul sırasının qarşısından keçiblər.

Sonra Kərimov və Medvedyevin təkbətək görüşü başlayıb. "Prezidentlər Özbəkistan-Rusiya münasibətləri məsələlərinin geniş spektri, onları maraqlandıran regional və beynəlxalq problemlər üzrə rəy mübadiləsi aparacaqlar", - mətbuat xidmətinin məlumatında deyilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti