...

NATO KTMT-dən terrorçuluğa qarşı birgə tədbirlərə dair rəsmi təklif almayıb - alyansın mətbuat katibi

Dünya xəbərləri Materials 5 Fevral 2009 22:13 (UTC +04:00)
NATO KTMT-dən terrorçuluğa qarşı birgə tədbirlərə dair rəsmi təklif almayıb - alyansın mətbuat katibi

Azərbaycan, Bakı, 5 fevral / Trend müxbir Y.Ostapenko/ NATO hələlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) terrorçuluq təhlükəsinə qarşı səylərin birləşdirilməsi ilə bağlı rəsmi təklif almayıb. Bunu cümə axşamı NATO-nun press-ofisindən deyiblər.

"Rəsmi sənəd yoxdur. Mən yalnız mətbuatdakı yazıları görmüşəm" - deyə Brüsseldən telefonla Trend -a NATO-nun mətbuat katibi Ceyms Appaturay (James Appathurai) bildirib.

KTMT ölkələri çərşənbə günü terrorçuluq və digər çağırışlara qarşı mübarizə üçün ümumi qüvvələrin yaradılması ilə bağlı anlaşma əldə ediblər. Eyni zamanda qeyd ediblər ki, NATO hələlik əməkdaşlıq təklifinə cavab verməyib.

"Biz dəfələrlə NATO-ya müraciət etmişik. Lakin hələlik onlar təmasları qurmurlar", - deyə "Röyters" agentliyinə KTMT-nin nümayəndəsi Vitaliy Struqovets bildirib.

Onun sözlərinə görə, KTMT və NATO-nun məqsədlərinə terrorçuluq təhlükələrin dəf edilməsi, narkotrafik və transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınmasıdır. Onlar bir-birinə oxşar olsalar da, bu qurumlar birgə tədbirləri planlaşdırmırlar.

KTMT-yə Rusiya, Qazaxstan, Tacikistan, Qırğızıstan, Ermənistan, Belarus və quruma yalnız xüsusi hallarda qoşulmağı qərara alan Özbəkistan daxildir.

Appaturay qeyd edir ki, bu vaxtadək NATO-nun KTMT ilə heç bir rəsmi əlaqəsi olmayıb.

"NATO-nun KTMT üzvləri ilə yaxşı əlaqələri var. Lakin bu vaxtadək alyans ölkələrinin KTMT-nin özü ilə birbaşa bağlılığı yoxdur. Tərəflər arasında müvafiq anlaşma yoxdur, onlar hələlik məsələ ilə bağlı qərar qəbul etməyiblər" - deyə Appaturay bildirib.

Appaturay hadisələrin gələcək inkişafı ilə bağlı proqnoz verməyib.

"Mən durumun dəyişəcəyini deyə bilmərəm və gələcəklə bağlı nəsə dəqiq bir şey söyləyə bilmərəm", - deyə NATO mətbuat katibi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti