...

"Soyqırım" barədə qanun layihəsinin konqresdə gündəmə gətirilməsi Türkiyə-ABŞ əlaqələrinə zərər verə bilər – Türkiyə prezidenti

Dünya xəbərləri Materials 20 Fevral 2009 10:56 (UTC +04:00)

Türkiyə prezidenti Abdullah Gül qondarma soyqırımla bağlı erməni lobbisinin təqdim etmək istədiyi qanun layihəsinin konqresdə gündəmə gətirilməsinin Türkiyə-ABŞ əlaqələrinə zərər verə biləcəyini deyib.

" "Soyqırım" qanun layihəsinin konqresdə gündəmə gətirilməsi Türkiyə-ABŞ əlaqələrinə zərər verə bilər", -deyə Türkiyə prezidenti bildirib. Bu haqda Türkiyənin "Yeni Şafak" qəzeti məlumat verib.

Gül bu fikri "ABŞ Senatında Əksəriyyət Qrupu"nun sədr müavini senator Riçard Durbin (Richard Durbin) ilə görüşündə bildirib. Türkiyə prezidenti onu da əlavə edib ki, bu qanun layihəsi Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması prosesinə də zərər verə bilər.

Ermənistan və dünyanın müxtəlif ölkələrindəki erməni lobbisi Türkiyənin sələfi olan Osmanlı dövlətinin 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirdiyini iddia edir. İddialarını dünyada da qəbul etdirmək istəyən ermənilər bir sıra ölkələrdə qondarma soyqırım təbliğatını gücləndirərək, bəzi dövlətlərin parlamentlərində "erməni soyqırımı"nın tanınmasına nail olublar. Aprel ayında "soyqırım"ın ildönümü ilə bağlı olaraq erməni lobbisinin bir sıra dünya ölkələrinin parlamentlərində, xüsusilə də ABŞ konqresində fəaliyyətini gücləndirməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti