...

Müsəlmanlar Los-Ancelesdə keçiriləcək "Əlvida İsrail" adlı filmin premyerasında iştirak edəcək

Dünya xəbərləri Materials 20 Fevral 2009 16:41 (UTC +04:00)

Yəhudi sinaqoqu Simi Valey Los-Ancelesdə keçiriləcək "Əlvida İsrail" adlı filmin premyerasına filmlə əlaqədar nitq söyləyəcək müsəlman nümayəndəsini dəvət edib. Çıxış fevralin 22-nə nəzərdə tutulub, ABŞ-İslam əlaqələri şurasının press-relizində xəbər verilir. 

Hələlik müsəlman nümayəndəsinin çıxışının təfsilatları barədə məlumat verilmir. Bu filmə həsr olunmuş veb-saytda aşağıdakı sözlər göstərilmişdir: "Müsəlmanlar və yəhudilər arasında mübahisə Məhəmməd peyğəmbərdən sonra başlamış və bu günə kimi davam edir. Siyasi təsirlərə məruz qalaraq müsəlmanlar yəhudilərlə necə barışa bilər? Bu Məhəmməd peyğəmbərin də seçdiyi qərarı tələb edir - yəhudilərin siyasi azadlığının ləğv edilməsi və müsəlmanların onlar üzərində hökmranlığı".

Ravvin Mişel Paskov filmə baxmaq üçün öz nümayəndələrinin dəvət olunması üçün məktub göndərən müsəlman təşkilatına minnətdarlığını bildirib.

Adı hələ də bildirilməyən müsəlman nümayəndəsi, filmin nümayişindən sonra müsəlman-yəhudi münasibətləri barədə ayrıca çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti