...

London Kral Universiteti Türkmənistana hüquqi bazanın təkmilləşdirilməsində yardım edir

Dünya xəbərləri Materials 3 Mart 2009 13:37 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 03 mart / Trend , müxbir H.Həsənov /

"London Kral Universitetinin cinayət hüququ üzrə ekspertləri Aşqabada Türkmənistanın islah-əmək qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş seminarda mühazirəçilər qismində iştirak üçün dəvət olunublar",  - yerli KİV xəbər verib.

Seminarın keçirilməsi təşəbbüsü Xarici İşlər Nazirliyi və Böyük Britaniyanın Aşqabaddakı səfirliyinin iştirakı ilə Türkmənistan prezidenti yanında milli demokratiya və insan hüquqları institutuna məxsusdur. Tədbir bugünlərdə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) "Mərkəzi Asiya ölkələrində hüquq və məhkəmə islahatının dəstəklənməsi" layihəsi çərçivəsində keçirilir.

Gündəlikdə prezident Qurbanqulu Berdimuhammedovun təşəbbüsü ilə ölkədə həyata keçirilən hüquqi-qanunvericilik islahatının aspektləri durur.

"Bu islahatın əsas aspektlərindən biri dünyanın ən yaxşı təcrübəsinin öyrənilməsi və ümumi beynəlxalq norma və standartların milli qanunvericiliyə implementasiyasıdır", - "Türkmən dovlet xabarları" dövlət xəbər xidməti yazır.

Seminarda nümunə kimi Böyük Britaniyanın və qonşu Qazaxıstanın penitensiar sistemlərinin islahat təcrübəsi göstərilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti