...

Neftin qiymətinin iqtisadi məntiqə uyğun və ədalətli olmasına çalışmalıyıq - İranın XİN rəhbəri

Dünya xəbərləri Materials 18 Mart 2009 17:56 (UTC +04:00)

Biz neftin qiymətinin iqtisadi məntiqə uyğun və ədalətli olmasına çalışmalıyıq", - deyə İranın xarici işlər naziri Mənuçöhr Müttəki çərşənbə günü Oman padşahı Sultan Qamusla görüşündə bildirib. Bu haqda İranın İSNA agentliyi martın 18-də məlumat yayıb.

Müttəki əlavə edib ki, mənim Fars körfəzi əməkdaşlıq ölkələri təşkilatına üzv ölkələrə səfərdə məqsədim regional məsələləri müzakirə etmək olub.

Onun sözlərinə görə, biz Qəzzada yenidənqurma işlərini və fələstinli qrupların birləşməsini dəstəkləməliyik.

Sultan Qamus görüş zamanı Novruz bayramı münasibəti ilə İran xalqını təbrik edib. "İranla münasibətlər qurmaq həmişə bizim marağımızda olub. Münasibətlərin daha da yaxşılaşması bizi sevindirir", - deyə Oman padşahı bildirib.

Xəbər lenti

Xəbər lenti