...

Sudan Prezidenti Ömər əl-Bəşir Qətərə gəlib

Dünya xəbərləri Materials 29 Mart 2009 19:23 (UTC +04:00)

Al Jazeera telekanalının verdiyi məlumata əsasən, ərəb ölkələrinin sammitində iştirak etmək məqsədilə Sudan Prezidenti Ömər əl-Bəşir Qətərə səfər edib.

Ərəb ölkələri sammiti Qətərin paytaxtı Dohada bazar ertəsi başlanacaq.

Martın əvvəllərində Beynəlxalq Kriminal Məhkəmə (BKM) Sudan Prezidentini Darfura əyalətinin əhalisinə qarşı soyqırımda ittiham etmişdi. Buna baxmayaraq ərəb ölkələri beynəlxalq məhkəmənin qərarını pisləmişdirlər.

BKM-in əldə etdiyi sənədlərə əsasən, Sudan rəhbəri 35 min nəfərin ölümünə və 265 min nəfərdən çox insanın evsiz qalmasına göə məsuliyyət daşıyır. BMT-də olan məlumata əsasən, 2003-cü ildən bəri davam edən qaradərili əhali ilə hökumət qüvvələri arasındakı münaqişədə 300 mindən artıq insan həyatını itirib, 2,5 milyondan artıq insan isə qaçqın düşüb. Buna baxmayaraq rəsmi Hartum (Sudan paytaxtı) təkid edir ki, ölkədə həlak olanların sayı 10 mindən artıq deyil.

Xəbər lenti

Xəbər lenti