...

Türkiyədə bələdiyyə seçkilərində səslərin 99,6 faizinin hesablanması nəticəsində hakim partiya irəlidədir (YENİLƏNİB-5)

Dünya xəbərləri Materials 30 Mart 2009 16:19 (UTC +04:00)
Türkiyədə bələdiyyə seçkilərində səslərin 99,6 faizinin hesablanması nəticəsində hakim partiya irəlidədir (YENİLƏNİB-5)

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) bazar günü keçirilən bələdiyyə seçkilərində səslərin 99,6 faizinin hesablanması nəticəsində irəlidədir. Bu haqda Türkiyənin CNN TÜRK kanalı məlumat verib.
Nəticələrə əsasən ƏİP səslərin 38.9 faizini qazanıb. İkinci yerdə gedən əsas müxalif Cümhuriyyət Xalq Partiyası (CXP) 23.1 faiz səs toplayıb. İlk üçlüyü Milliyətçi Hərəkat Partiyası (MHP) 16.1 faiz səslə qapayır.
Səslərin hesablanmasının sonuna yaxın media mənsubları qarşısına çıxan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edbi ki, 29 mart seçkiləri demokratiya tarixinin bir hissəsi oldu.
"Seçkilər demokratiyanın güclənməsinə xidmət etdi. Hər-hansı bir partiyanın lehinə olan nəticələrdən asılı olmayaraq, əsas odur ki, xalqın iradəsi və türk siyasəti qalib gəldi", - deyə Ərdoğan bildirib.
Baş nazir deyib ki, Türkiyə hökuməti bütün yeni seçilən bələdiyyə başçıları ilə təmsil etdikləri partiya mənsubbiyətindən asılı olmayaraq, yaxından işləyəcək. 
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti