...

İran Prezidenti Qazaxıstana səfər edəcək

Dünya xəbərləri Materials 4 Aprel 2009 10:39 (UTC +04:00)

İran Prezidenti Mahmud Əhmədinejad aprelin 6-da Qazaxıstana səfər edəcək. Bu, Əhmədinejadın Qazaxıstana ilk rəsmi səfəridir. Məlumatı İranın İRİNN xəbər kanalı yayıb.

"İran Prezidentinin aprelin 6-da Qazaxıstan paytaxtı Astanaya səfəri gözlənilir", - deyə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.

Əhmədinejad səfər zamanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüş keçirəcək. Görüş zamanı təhlükəsizlik sahəsində əməkdaşlıq və Xəzər dənizində balıq ovuna nəzarət kimi məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti