...

Subsidiyaların vətəndaşlara ödənilməsi ilə əhali ölkənin idarə edilməsində iştirak edəcək - İran prezidenti

Dünya xəbərləri Materials 8 Aprel 2009 13:39 (UTC +04:00)

İran prezidenti Mahmud Əhmədinejad iqtisadi islahatların və subsidiyaların vətəndaşlara nağd şəkildə ödənilməsinin vacibliyini vurğulayaraq bildirib ki, ölkədə subsidiyalarla bağlı layihə böyük və məqsədyönlü bir layihədir. Bu barədə prezident İran televiziyası (İRİNN) ilə canlı yayımda çıxışı zamanı bildirib.

"Subsidiyaların vətəndaşlara ödənilməsi ilə əhali ölkənin idarə edilməsində iştirak edəcək", - deyə Əhmədinejad deyib.

Əhmədinejad çərşənbə günü İsfahan şəhərindəki çıxışı zamanı qeyd edib ki, subsidiyaların məqsədli xarakter alması ilə bağlı layihə indiyədək İranda hazırlanmış iqtisadi proqramlar arasında ən dəqiq və əhəmiyyətli bir layihədir. 

Əhmədinejad ölkənin neft gəlirlərindən hazırkı bazar qiymətləri ilə ildə 6 milyard dollar gəlir əldə etdiyini vurğulayaraq deyib ki, "Bu baxımdan vəziyyətimiz yaxşıdır. Əgər əhalinin 50 milyon nəfərinə subsidiyalar versək, onların hər birinə ayda 120 dollar ödəyə bilərik".

Xəbər lenti

Xəbər lenti