...

İranın Neyşabur-Məşhəd maqistral yolunda avtomobil qəzasında 6 nəfər həlak olub

Dünya xəbərləri Materials 14 May 2009 14:53 (UTC +04:00)

"İranın Neyşabur-Məşhəd maqistral yolunda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində avtobusun sərnişinlərindən 6 nəfər həlak olub, 5 nəfər isə yaralanıb", - deyə İranın Xorasan Rəzəvi əyalətinin yol polis komandiri, general Yusif Purəli bildirib. Bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.

Purəli bildirib ki, hadisə ötən gecə baş verib. Hadisə zamanı sərnişin avtobusunda 25 sərnişin olub. Sərnişinlərdən 4 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanada həlak olub. Yaralananların vəziyyəti qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti