Silahlı quldurlar cümə axşamı Əfqanıstan paytaxtının cənubundakı Karte-Nau rayonunda seçki məntəqəsini ələ keçiriblər", - RİA Novosti-yə hərbi dairələrdəki mənbə məlumat verib.
"İnsident bir neçə dəqiqə əvvəl, Əfqanıstan paytaxtının cənubundakı Karte-Nau rayonunda baş verib", - agentliyin həmsöhbəti bildirib.
"Hazırda təhlükəsizlik qüvvələrinin nümayəndələri quldurlarla əlaqə yaratmağa çalışır. Seçki məntəqəsinin yerləşdiyi rayondan arasıra güllə səsləri eşidilir", - mənbə qeyd edib.
Əfqanıstanın Təhlükəsizlik Şurası seçicilərin seçkilərdə iştirakına mane olmamaq məqsədilə, yerli və xarici jurnalistlərə cümə axşamı terror aktları da daxil olmaqla, istənilən "neqativ" informasiyanı yaymağı qadağan edib. Bu gün Əfqanıstanda yeni prezident və əyalət şuralarına deputatlar seçilir.