...

Danimarka Livana əlavə qoşun göndərəcək

Dünya xəbərləri Materials 5 Sentyabr 2009 13:48 (UTC +04:00)

Danimarka ölkənin cənubuna yayılmış BMT UNIFIL sülhməramlı qüvvələr kontingentində iştirak etmək üçün Livana 140 əsgər göndərməyi planlaşdırır. Bu barədə AFP agentliyi məlumat verir.

"Danimarka ordusu Livana dekabrda yollanacaq və ölkənin cənubunda UNIFIL çoxmillətli sülhməramlı kontingentinə birləşəcək", - Danimarkanın müdafiə naziri Soeren Qad deyib.

UNIFIL kontingenti Livanda 1978-ci ilin mart ayından - İsrail ordusunun bu ölkəyə basqınından sonra yerləşdirilib. Livanda 2006-cı ilin yayında İsrailin hərbi əməliyyatlarından sonra kontingentin sayı əhəmiyyətli dərəcədə artıb və hazırda təxminən 13 min hərbçidən ibarətdir.

"Biz Livanın cənubunda logistikanın dəstəklənməsi üçün BMT-nin təklifi ilə razılaşdıq", - Qad deyib və əlavə edib ki, Danimarka qoşunu sərhədlərin qorunmasında və antiterror əməliyyatlarında iştirak etməyəcək.

Danimarka Parlamentinin əksər üzvləri hakimiyyətin qərarı ilə razılaşıblar.

Çərşənbə axşamı BMT-nin Təhlükəsizlik>urası avqustda vaxtı bitən UNIFIL-in mandatını daha bir il uzadıb.

Dəniz üzərində nəzarət, qanunsuz silah tədarükünün qarşısını almaq və dəniz sərhədlərini öz gücü hesabına qorumaq üçün Livan ordusuna təlimat vermək UNIFIL-in vəzifəsinə daxildir.

Sentyabrın 1-dən Almaniya Livan sahillərində gəmiçiliyə nəzarət edən UNIFIL-in dəniz qüvvələrinə komandanlıq etməyi öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti