...

Yaxın Şərqdə nüvə silahı olmamalıdır – Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 25 Sentyabr 2009 10:49 (UTC +04:00)
Türkiyə Yaxın Şərqin nüvə silahından təmizlənməsini dəstəkləyir, belə ki, bu, regionda böyük təhlükə doğurur, Türkiyənin Baş naziri Rəcəb Tayyib Erdoğan hazırda Nyu-Yorkda keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında bildirib, Vesti telekanalı xəbər verir.
Yaxın Şərqdə nüvə silahı olmamalıdır – Türkiyənin Baş naziri

Türkiyə Yaxın Şərqin nüvə silahından təmizlənməsini dəstəkləyir, belə ki, bu, regionda böyük təhlükə doğurur, Türkiyənin Baş naziri Rəcəb Tayyib Erdoğan hazırda Nyu-Yorkda keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında bildirib, Vesti telekanalı xəbər verir.

Türkiyə Baş nazirinin sözlərinə əsasən, nüvə silahı Yaxın Şərqdə daha böyük təhlükə yaradır və buna görə də regiona ondan təmizlənməlidir. "Yaxın Şərq nüvə silahından azad zona olmalıdır", - Erdoğan bildirib.

O, həmçinin Rusiya və ABŞ-ın arsenalın ixtisarı və regionların nüvə silahından təmizlənməsi üzrə yeni müqaviləsini də dəstəkləyib.

Rusiya Prezidenti Dmitri Medvedyev bəyan edib ki, Rusiya strateji daşıyıcıların üç dəfədən çox azaldılmasına hazırdır.

BMT-nin üzv dövlətləri nüvə sahəsində öhdəliklərini tam həcmdə yerinə yetirməlidirlər, Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında (NSHQM) və Nüvə silahının yayılmaması haqqında müqaviləyə (NSYM) qoşulmayan ölkələr isə tez bir zamanda bunu etməlidir, cümə axşamı BMT Təhlküsizlik Şurasının iclasının yekunları üzrə yekdilliklə qəbul edilən qətnamədə deyilir - RİA Novosti yazır.

İclasda Rusiya Prezidenti Dmitri Medvedev və BMT TŞ-nin digər üzv dövlətlərinin başçıları iştirak edir. Sammiti ABŞ Prezidenti Barak Obama keçirir, belə ki, sentyabr ayında ABŞ TŞ-də sədrlik edir. ABŞ tərəfindən hazırlanan və əvvəlcədən digər nümayəndə heyətləri ilə razılaşdırılan layihə üzrə səsvermə sammitin əvvəlində keçirilib.

Təhlükəsizlik Şurası "NSYM-nın iştirakıçı dövlətlərini müqaviləyə dair öhdəliklərini tam həcmdə yerinə yetirməyə çağırır", "NSYM-nın iştirakçısı olmayan bütün dövlətlər isə müqavilənin hərtərəfliliyinə nail olmaq üçün qeyri-nüvə dövləti qismində tez bir zamanda müqaviləyə qoşulmalıdırlar".

BMT-nin 192 üzv dövlətindən yalnız dördü - İsrail, Hindistan, Pakistan və KXDR NSYM-nın iştirakçısı deyil.

Bundan savayı, qətnamə "bütün dövlətləri nüvə sınaqları məqsədilə partlayışlar törətməkdən yayınmağa və müqavilənin tez bir zamanda qüvvəyə minməsi üçün Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqaviləni (NSHQM) imzalamağa və təsdiq etməyə çağırıb".

Xəbər lenti

Xəbər lenti