İranın xarici işlər naziri ABŞ-ı Səudiyyə Ərəbistanında itkin düşmüş İran vətəndaşını oğurlamaqda ittiham edib
İranın xarici işlər naziri Mənuçöhr Müttəki bildirib ki, əldə olan bəzi sənədlər İranın nüvə məsələləri üzrə alimi Şəhram Əmirinin keçən həftə Səudiyyə Ərəbistanında itkin düşməsində ABŞ-ın əlinin olduğunu göstərir. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.
Müttəki əlavə edib ki, Səudiyyə Ərəbistanı Əmirinin itməsinə görə məsuliyyət daşıyır və Xarici İşlər Nazirliyi bu məsələni diqqət mərkəzində saxlayır.
Nüvə sahəsində çalışan iranlı alim Şəhram Əmirinin bir neçə gün öncə Səudiyyə Ərəbistanında Həcc ziyarətində olarkən itkin düşdüyü bildirilir.