...

Türkiyədə konstitusiyaya dəyişikliklər üçün referendum keçirilə bilər - dövlət naziri

Dünya xəbərləri Materials 8 Oktyabr 2009 12:22 (UTC +04:00)
Türkiyənin dövlət naziri Bülənt Arınc ölkə mətbuatının suallarını cavablandırarkən Türkiyədə konstitusiyaya dəyişikliklər edilməsi üçün referendumun keçirilməsini istisna etməyib.
Türkiyədə konstitusiyaya dəyişikliklər üçün referendum keçirilə bilər - dövlət naziri

Türkiyənin dövlət naziri Bülənt Arınc ölkə mətbuatının suallarını cavablandırarkən Türkiyədə konstitusiyaya dəyişikliklər edilməsi üçün referendumun keçirilməsini istisna etməyib. Bu barədə Türkiyənin CNN Türk telekanalı məlumat verib.

"Əgər konstitusiyaya dəyişikliklərin edilməsi zərurəti ilə üzləşsək, referendum keçiriləcək. Xalq referendumda nə desə, onu da edəcəyik ", - deyə Arınc bildirib.

Trend -un arayışı: Konstitusiyaya ediləcək dəyişikliklərə prezidentin səlahiyyət müddətinin uzadılması, səlahiyyət müddəti bitən prezidentin yenidən namizədliyini irəli sürməsi, ölkədə ombudsmanlıq və siyasi partiyaların bağlanılmasının çətinləşdirilməsi məsələsi daxil olacaq.

Türkiyədə keçirilən 29 mart bələdiyyə seçkilərindən sonra TBMM-in keçmiş sədri Köksal Toptan Türkiyə Konstitusiyasının dəyişikliyə ehtiyac olduğunu bildirib. "Türkiyədə konstitusiya dəyişikliyi qanun çərçivəsində ediləcək", - deyə Toptan bildirmişdi.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da bələdiyyə seçkilərindən sonra Konstitusiyaya qismən də olsa dəyişiklik olacağını qeyd etmişdi.

Konstitusiyaya əsas dəyişikliklər siyasi partiyaların bağlanması ilə bağlı məsələ üzrə, omdusman və seçki haqqında qanunla bağlı nəzərdə tutulurdu.

Xəbər lenti

Xəbər lenti