...

Əfqanıstan prezidentliyinə sabiq namizəd seçkilərdə böyük saxtakarlığa yol verildiyini bildirir

Dünya xəbərləri Materials 16 Oktyabr 2009 18:21 (UTC +04:00)
Əfqanıstan prezidentliyinə sabiq namizəd, seçkilərin nəticələrinə əsasən, üçüncü yeri qazanmış Rəməzan Bəşərdustun fikrincə, avqustun 20-də keçirilən seçkilərdə böyük saxtakarlıq olub. "Həm prezident Kərzai, həm də Abdullah tərəfindən belə böyük saxtakarlıq ediləcəyini ağlıma belə gətirməzdim", - deyə Bəşərdust Trend News-a Kabildən telefonla bildirib.
Əfqanıstan prezidentliyinə sabiq namizəd seçkilərdə böyük saxtakarlığa yol verildiyini bildirir

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir D.Xatınoğlu/

Əfqanıstan prezidentliyinə sabiq namizəd, seçkilərin nəticələrinə əsasən, üçüncü yeri qazanmış Rəməzan Bəşərdustun fikrincə, avqustun 20-də keçirilən seçkilərdə böyük saxtakarlıq olub. "Həm prezident Kərzai, həm də Abdullah tərəfindən belə böyük saxtakarlıq ediləcəyini ağlıma belə gətirməzdim", - deyə Bəşərdust Trend -a Kabildən telefonla bildirib.

Əfqanıstanda prezident seçkilərinin nəticəsi hələlik Müstəqil Seçkilər Komissiyası tərəfindən təsdiq olunmayıb, lakin ilkin statistik məlumatlara əsasən, prezident Hamid Kərzai 55 faiz səs çoxluğu ilə (3 milyon 93 min səs) birinci yerdə, Abdullah Abdullah 1571000 səs çoxluğu ilə ikinci və Bəşərdust 0.5 milyon səslə üçüncü yerdədir. Müstəqil Seçkilər Komissiyası bildirib ki, seçkilərlə bağlı indiyədək 3000-ə yaxın şikayət daxil olub.

Bəşərdust bildirib ki, Kərzainin hakimiyyətinin legitimliyi sual altındadır, belə ki 1.5 milyon səsin saxtalaşdırılması barədə Müstəqil Seçkilər Komissiyasına məlumat daxil olub. "1.1 milyondan çox Kərzainin və 300 min səsin Abdullahın lehinə saxtalaşdırılması barədə şübhələr hələ də mövcuddur və bu məsələyə şəffaflıq gətirilmir", - deyə Bəşərdust bildirib.

Onun sözlərinə görə, nə hakimiyyət, nə Qərb, nə BMT və nə də Müstəqil Seçkilər Kamissiyası ölkədə keçirilən prezident seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün addım atmayıblar.

Bəşərdust bildirib ki, Əfqanıstan Müstəqil Seçkilər Komissiyası daxil olan şikayətlərə əsasən, 3063 seçki qutusunu yenidən hesablamalı idi, lakin bunu etməyib.

Xəbər lenti

Xəbər lenti