...

Türkiyədə A/H1N1 virusundan ölənlərin sayı 3 nəfərə çatıb

Dünya xəbərləri Materials 30 Oktyabr 2009 11:05 (UTC +04:00)

Türkiyənin Konya əyalətində cümə axşamı 37 yaşlı qadın "donuz qripi" virusundan vəfat edib, bu barədə Anadolu Türkiyənin Səhiyyə Nazirliyinə istinadən bildirib.

Nazirliyin məlumatına əsasən, A/H1N1 virusunun səbəb olduğu ölüm faktlarının sayı bununla üç nəfərə çatıb. Əvvəlcə cümə axşamı nazirlik Diyabəkir şəhərində 34 yaşlı qadının ölümü barədə xəbər vermişdi.

Nazirlik bildirib ki, may ayının 15-də Türkiyədə 1,411 nəfər A/H1N1 virusuna yoluxub. Virusa yoluxan 16 nəfər xəstəxanada müalicə alır, onlardan üçünün vəziyyəti ağırdır.

Xəbər lenti

Xəbər lenti