...

Türkiyə Şimali İraqda Baş Konsulluq açacaq

Dünya xəbərləri Materials 31 Oktyabr 2009 13:51 (UTC +04:00)
Türkiyə ən qısa zamanda İraqın Ərbil şəhərində Baş Konsulluq açmağı qərara alıb, Türkiyənin Anadolu agentliyi bildirir.
Türkiyə Şimali İraqda Baş Konsulluq açacaq

Türkiyə ən qısa zamanda İraqın Ərbil şəhərində Baş Konsulluq açmağı qərara alıb, Türkiyənin Anadolu agentliyi bildirir.

Şimali İraqda rəsmi səfərdə olan Türkiyənin XİN rəhbəri yaxın zamanlarda Ərbildə konsulluğun açılacağı barədə məlumat verib.

Kürdüstan administrasiyasının rəhbəri Məsud Bərzanı ilə birgə mətbuat konfransında iştirak edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, "ərəblər, kürdlər və türklərin Yaxın Şərq regionunu yenidən qurmalı və cəsarətlə adım atmalı olduğu zaman gəlib çatıb".

"Biz iraqlıları öz doğmalarımız hesab edirik", - Davudoğlu deyib.

Bərzani də öz növbəsində Davudoğlunun Şimali İraqa səfərini "mühüm addım" adlandırıb.

"Biz Yaxın Şərqdə həssas anlar yaşayırıq. Davudoğlunun bu dövrdə səfəri çox mühimdir", - Bərzani deyib.

Davudoğlu həmçinin Bəsrədəki konsulluğun açılışında da iştirak edib. Həmçinin Türkiyə və İraq daha iki sərhəd məntəqəsinin açılması barədə razılığa gəliblər.

Türkiyə ilə Kürdüstan administrasiyası Türkiyə ərazisində müstəqil Kürd Dövləti yaratmağı tələb edən Kürdüstan İşçi Partiyasına qarşı mübarizədə əməkdaşlıq edir.

2007-ci ildə Türkiyə Şimali İraqda bazası Qəndil dağlarında yerləşən Kürdüstan İşçi Partiyasının terrorçularına qarşı hərbi əməliyyatlara başlayıb.

Xəbər lenti

Xəbər lenti