...

Kərzai ilə Pan Gi Mun Kabildə görüşüb

Dünya xəbərləri Materials 2 Noyabr 2009 16:12 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun Əfqanıstan Prezidenti Həmid Kərzai ilə görüş keçirib.
Kərzai ilə Pan Gi Mun Kabildə görüşüb

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun Əfqanıstan Prezidenti Həmid Kərzai ilə görüş keçirib. Trend -un Əfqanıstanın Prezident Aparatının rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər BMT-nin Əfqanıstanda sülh və təhlükəsizliyin təmin olunmasında rolu və bir neçə gün öncə BMT-nin Kabildəki nümayəndəliyinin həlak olmuş əməkdaşları barədə danışıqlar aparıblar.

Pan Gi Mun Kərzai ilə görüşdə BMT-nin Əfqanıstanda çalışan əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün Əfqanıstan dövlətindən ciddi tədbirlər görməsini tələb edib.

Görüşdə həmçinin Əfqanıstanda prezident seçkilərinin ikinci turuvə BMT-nin bu sahədə əhaliyə köməyi ilə bağlı müzakirələr aparılıb.

BMT-nin baş katibi noyabrın 2-də Əfqanıstana səfər edib. Əfqanıstanda prezident seçkilərinin ikinci turu ərəfəsində prezidentliyə namizəd Abdullah Abdullah, ortaya qoyduğu şərtlərə Kərzainin etinasız yanaşdığına görə seçkilərdən imtina edib.

Əfqanıstanda noyabrın 7-də keçiriləcək prezident seçkilərinin ikinci turu öncəsi Prezident Həmid Kərzainin əsas rəqibi olan Abdullah Abdullah seçkilərdən geri çəkildiyini bəyan edib. Abdullah hakimiyyətin qarşısında seçkiləri saxtalaşdıran MSK sədrinin, habelə daxili işlər naziri, təhsil naziri və Sərhədlər və Regional Orqanların Baş İdarəsi rəhbərinin vəzifələrindən azad edilməsini tələb etmişdi.

Xəbər lenti

Xəbər lenti