...

ABŞ-ın İranla davranışı əvvəlkindən də pisdir - eks-prezident

Dünya xəbərləri Materials 19 Noyabr 2009 12:55 (UTC +04:00)
İranın sabiq prezidenti və hazırda Məsləhət Şurasının rəhbəri olan Əli Əkbər Haşimi Rəfsəncani İsveçin Tehrandakı səfiri ilə görüşündə bildirib ki, "ABŞ və Avropa yaxşı bilir ki, İranın nüvə silahı əldə etmək məqsədi yoxdur, onlar sadəcə, rəsmi Tehranın nüvə proqramına qarşı maneə yaratmaq istəyirlər".
ABŞ-ın İranla davranışı əvvəlkindən də pisdir - eks-prezident

İranın sabiq prezidenti və hazırda Məsləhət Şurasının rəhbəri olan Əli Əkbər Haşimi Rəfsəncani İsveçin Tehrandakı səfiri ilə görüşündə bildirib ki, "ABŞ və Avropa yaxşı bilir ki, İranın nüvə silahı əldə etmək məqsədi yoxdur, onlar sadəcə, rəsmi Tehranın nüvə proqramına qarşı maneə yaratmaq istəyirlər".

İLNA agentliyinin noyabrın 19-da yaydığı məlumata əsasən, Rəfsəncani səfir Vaqnos Varneştedə bildirib ki, İran-İraq müharibəsində Səddam Hüseyn dinc əhaliyə qarşı kimyəvi bombalardan istifadə etsə də, İran heç zaman əxlaq prinsiplərinə göz yumub, belə bir addım atmadı.

Rənfsəncaninin fikrincə, ABŞ İranın zəngin enerji mənbələrinə görə bu ölkəni təsiri altına almaq istəyir, "lakin İran xalqı bir daha ABŞ-ın istismarında olmağı qəbul etməyəcək".

İranın eks-prezidenti əlavə edib ki, "ABŞ sionistlərin Fələstindəki cinayətlərinə göz yummaqla insan haqları deyilən şeyi qəbul etmədiyini göstərdi". Onun sözlərinə görə, insan haqları ilə bağlı İrandakı vəziyyət Yaxın Şəqrdəki bəzi ölkələrdəki vəziyyətdən dəfələrlə yaxşıdır, lakin ABŞ yalnız İranı insan haqlarını pozmaqda ittiham edir.

Rəfsəncani ABŞ-ın keçən həftə İranın həmin ölkədə fəaliyyət görtərən "Ələvi" şirkətinin mallarını və obyektlərini müsadirə etməsini pisləyib.

ABŞ "Ələvi" şirkətini İran banklarına sanksiyalardan yayınmaqda yardım etmək ittiham edib və bütün obyektlərini bağlayaraq mallarını müsadirə edib.

İran və ABŞ münasibətləri 1980-ci ildə kəslilib. ABŞ-ın Tehrandakı səfirliyinə hücum edilməsi və rəsmi Vaşinqtonun səfirlikdə fəaliyyət göstərən diplomatlarının 444 gün girovda saxlanıması buna səbəb olub.

Rəfsəncani bildirib ki, ABŞ-ın İranla davranışı əvvəlkindən də pisdir.

ABŞ və Qərb İranın nüvə proqramına şübhə ilə yanaşır. İndiyədək BMT Təhlükəsizlik Şurası İranın nüvə roqramını dayandırmaq üçün 5 Qətnamə qəbul edib, lakin İran iddia edir ki, nüvə proqramı hərbi məqsəd daşımır, sülh xarakterlidir.

Xəbər lenti

Xəbər lenti