...

Əhmədinejad Obamadan ötrü narahatdır

Dünya xəbərləri Materials 2 Dekabr 2009 17:36 (UTC +04:00)

İran Prezidenti Mahmud Əhmədinejad çərşənbə günü İsfahan şəhərində çıxışı zamanı bildirib ki, biz cənab Obamadan ötrü narahatıq. Bu barədə İran televiziyasının rəsmi saytı məlumat yayıb.

Əhmədinejad əlavə edib ki, Obama dəyişiklik edəcəyini vəd etmişdi və biz də onu alqışlamışdıq. "Mən Obamaya məktub yazdım ki, əgər həqiqi dəyişiklik etmək istəyirsənsə hegemonluq, təcavüz, qanunsuzluq, ayrıseçkilik, Orta Şərqə qoşun yeritmək və sionist rejimini dəstəkləmək siyasətindən əl çəkməlisən və xalqlara məhəbbət bəsləməlisən. Biz çalışdıq ki, o, dəyişiklik etsin, lakin indi narahatıq, çünki o, düzgün siyasət yürütmür", - Əhmədinejad deyib.

Əhmədinejad əlavə edib ki, bu gün ABŞ tarixində ən nifrət hissi ilə qarşılanan prezident cənab Buşdur. "Biz istəmirik ki, Buşun başına gələnlər ondan sonra gələn prezidentin də başına gəlsin", - deyə Əhmədinejad deyib.

Xəbər lenti

Xəbər lenti