...

İran Parlamentinin sədri Tehranda bəhreynli həmkarı ilə görüşüb

Dünya xəbərləri Materials 7 Yanvar 2010 12:31 (UTC +04:00)
İran Parlamentinin spikeri Əli Laricani ötən gecə İrana səfər etmiş Bəhreyn Parlamentinin sədri Xəlifə bin Əhməd əl-Zəhrani ilə görüşüb.
İran Parlamentinin sədri Tehranda bəhreynli həmkarı ilə görüşüb

İran Parlamentinin spikeri Əli Laricani ötən gecə İrana səfər etmiş Bəhreyn Parlamentinin sədri Xəlifə bin Əhməd əl-Zəhrani ilə görüşüb. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Görüşdə Laricani İranın sülhyönlü nüvə proqramının qonşu ölkələr üçün heç bir təhlükə yaratmadığını deyib və qeyd edib ki, İranın hərbi gücünün artması müdafiə xarakterlidir.

Laricani əlavə edib ki, İslam düşmənlərinin planları İranla qonşu ölkələr arasında dostluq və qarşdaşlıq əlaqələrinə təsir etməyəcək. Laricani İran və Bəhreyn arasındakı əməkdaşlığın səviyyəsinin yaxşı olduğunu bildiirb. O əlavə edib ki, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr inkişaf etməkdədir.

Bəhreyn Parlamentinin sədri əl-Zəhrani ötən gün İrana beşgünlük səfər edib.

Səfər zamanı əl-Zəhraninin Prezident Mahmud Əhmədinejad, İran Məhkəmə Sisteminin rəhbəri ayətullah Sadıq Laricani, xarici işlər naziri Mənuçöhr Müttəki və İranın Milli Təhlükəsizlik məsələləri üzrə Ali Şurasının katibi Səid Cəlili ilə görüş keçirməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti