...

İran xalqı şəhid olmuş professorun intiqamını "sionist"lərdən alacaq - daxili işlər naziri

Dünya xəbərləri Materials 18 Yanvar 2010 17:22 (UTC +04:00)
İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib ki, İran xalqı şəhid olmuş professor Məsud Əliməhəmmədinin və digər şəhidlərin intiqamını "sionist"lərdən alacaq.
İran xalqı şəhid olmuş professorun intiqamını "sionist"lərdən alacaq - daxili işlər naziri

İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib ki, İran xalqı şəhid olmuş professor Məsud Əliməhəmmədinin və digər şəhidlərin intiqamını "sionist"lərdən alacaq. Məlumatı İran televiziyası yayıb.

"Sionist"lər və amerikalılar İran xalqının kosmos, sülhyönlü nüvə texnologiyası və digər sahələrdə inkişafından narahatdır və istəyirlər ki, terrorla bu inkişafın qarşısını alsınlar", - Nəccar deyib.

Nəccarın sözlərinə görə, İranın təhlükəsizlik qüvvələri hazırda professor Əliməhəmmədinin ölüm faktı ilə bağlı araşdırmalar aparır.

Nəccar İranın elm adamlarının mühafizəsi üçün lazımi tədbirlərin görüldüyünü qeyd edib.

Yanvar ayının 12-də səhər Tehran Universitetinin professoru, fizik Məsud Əliməhəmmədi Tehranın Qeytəriyyə məhəlləsindəki evindən çıxıb avtomobilinə minərkən yaxınlıqdakı zibil yeşiyində quraşdırılmış, uzaq məsafədən idarə olunan bombanın işə salınması nəticəsində həlak olub.

Hadisənin kim tərəfindən törədildiyi məlum olmasa da, İran rəsmiləri bu terror aktında ABŞ və İsrail kəşfiyyatının əli olduğunu deyir.

Xəbər lenti

Xəbər lenti