İranın sabiq Prezidenti, Keşikçilər Məclisinin rəhbəri və Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncaninin övladlarına qarşı ittihamlara baxılması üçün Tehran məhkəməsinə müraciət olunub. Təyin olunmuş vaxtda məhkəmə keçiriləcək. FARS xəbər agentliyinin yaydığı məlumata görə, bunu İranın Məhkəmə Sistemi rəhbərinin birinci müavini İbrahim Rəisi deyib.
Rəisi əlavə edib ki, "ölkənin yüksək vəzifəli şəxslərinə yaxın olduqlarına görə kiminsə cinayət işinə baxılmayacaq" - deyənlər səhv düşünürlər.
İranın sabiq Prezidentinin övladları Mehdi və Faizə xanım Haşimi bundan əvvəl dəfələrlə Əhmədinejadın tərəfdarları tərəfindən ölkədə iğtişaş yaratmaqda ittiham olunublar. İranda 2009-cu ilin iyun ayında keçirilmiş prezident seçkilərinin nəticəsinə qarşı geniş aksiyalar təşkil olunub. Aksiyaların minlərlə iştirakçı həbs olunub və onlarlası qətlə yetiriliblər. Keçən həftə mitinqlərin 2 iştirakçısı isə edam olunub.
Aksiyalar zamanı iki dəfə Haşimi Rəfsəncanin qızı Faizə həbs olunub. Mehdi Haşimi isə, neçə aydır ki, Britaniyadadır.