...

Tehran və Ankara arasında əlaqələr regionda sülh üçün faydalıdır – Prezident Mahmud Əhmədinejad

Dünya xəbərləri Materials 17 Fevral 2010 11:53 (UTC +04:00)
İran və Türkiyə arasında əlaqələrin dərinləşməsi bütün ölkələr, həmçinin regionda sülh və təhlükəsizlik üçün faydalıdır. İRİNA Agentliyi İran Prezidenti Mahmud Əhmədinejada istinadən məlumat verib.
Tehran və Ankara arasında əlaqələr regionda sülh üçün faydalıdır – Prezident Mahmud Əhmədinejad

İran və Türkiyə arasında əlaqələrin dərinləşməsi bütün ölkələr, həmçinin regionda sülh və təhlükəsizlik üçün faydalıdır. İRİNA Agentliyi İran Prezidenti Mahmud Əhmədinejada istinadən məlumat verib.

Saytın məlumatına əsasən, Prezident Əhmədinejad Türkiyə XİN-in rəhbəri Əhməd Davudoğlu ilə görüşdə iki ölkə arasındakı münasibətləri "qardaş və inkişaf edən münasibətlər" adlandırıb.

O qeyd edib ki, İran və Türkiyə ölkələr arasında əlaqələri gücləndirərək regionda sülh və təhlükəsizlik yaradılması üçün birgə fəaliyyət apara bilərlər.

Prezident bildirib ki, İranın siyasəti Türkiyə ilə əlaqələrin genişlənməsinə yönəlib və hesab edir ki, ikitərəfli və çoxtərəfli əlaqələr bütün ölkələr və region üçün əlverişlidir.

Davudoğlu bildirib ki, İran regionda öz yerini tutub və Türkiyə İran ilə əlaqələri çox mühüm hesab edir, buna görə də bütün sahələrdə İranla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

O, həmçinin ikitərəfli layihələr və müqavilələrin tez bir zamanda həyata keçiriləcəyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti