...

İranın "Keyhan" qəzetinin müxbirinə sui-qəsd olub

Dünya xəbərləri Materials 22 Fevral 2010 10:50 (UTC +04:00)
İranın "Keyhan" qəzetinin Araşdırmalar Mərkəzinin üzvü və müxbiri Pəyam Fəzlinejada qarşı sui-qəsd olunub. Bu barədə Trend News İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.
İranın "Keyhan" qəzetinin müxbirinə sui-qəsd olub

İranın "Keyhan" qəzetinin Araşdırmalar Mərkəzinin üzvü və müxbiri Pəyam Fəzlinejada qarşı sui-qəsd olunub. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Fəzlinejad arxadan baş nahiyəsindən yaralanıb. Hadisə ötən gecə yerli vaxtla saat 21:00-da Tehranın Fələstin xiyabanında baş verib. Hazırda o komadadır.

İqtidaryönlü Keyhan qəzeti son zamanlar müxalifətə qarşı sərt yazılar yazlmaqla məşğul olub və dəfələrlə siyasi şəxsiyyətləri şantaj etmək ittihamı ilə məhkəməyə verilib. Fars agentliyinin məlumatına əsasən, Fəzlinejad müxalifət liderləri əleyhinə yazılan radikal məqalələrin müəllifidir.

Xəbər lenti

Xəbər lenti