İran XİN ABŞ-da həbs edilmiş İran vətəndaşlarının hüquqlarının müdafiəsi üzrə işlər həyata keçirir. Bu barədə İranın XIN-in mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst çərşənbə axşamı keçirilən mətbuat-konfransında bildirib.
O həmçinin əlavə edib ki, ABŞ İran vətəndaşlarını aldadaraq onları ittiham təqdim etmədən həbs edib.
"Biz ABŞ-dan bu kimi hərəkətləri dayandırmağı tələb edirik, - Mehmanpərəst deyib. - Biz İran vətəndaşlarının hüquqlarının müdafiəsi məqsədi ilə ABŞ-dan şikayət etmək niyyətindəyik".
O əlavə edib ki, hazırda İran tərəfi şikayətin hazırlanması üzrə işlər həyata keçirir.
Hazırda 11 İran vətəndaşı ABŞ həbsxanalarında saxlanılır. ABŞ onların həbs olunmaları ilə bağlı dəqiq sübutlar göstərmir.