...

Səudiyyə Ərəbistanı Geytsin İrana dair bəyanatını təkzib edir

Dünya xəbərləri Materials 13 Mart 2010 12:12 (UTC +04:00)
Səudiyyə Ərəbistanındakı rəsmi mənbə ABŞ müdafiə naziri Robert Geytsin Səudiyyə Ərəbistanının, Çində öz nüfuzundan istifadə edərək, Pekini nüvə proqramına görə İrana qarşı yeni sanksiyaları dəstəkləməyə razı salmağa çalışması haqqında bəyanatını təkzib edir.
Səudiyyə Ərəbistanı Geytsin İrana dair bəyanatını təkzib edir

Səudiyyə Ərəbistanındakı rəsmi mənbə ABŞ müdafiə naziri Robert Geytsin Səudiyyə Ərəbistanının Çində öz nüfuzundan istifadə edərək, Pekini nüvə proqramına görə İrana qarşı yeni sanksiyaları dəstəkləməyə razı salmağa çalışması haqqında bəyanatını təkzib edir. Bu barədə İRNA informasiya agentliyi SPA xəbər agentliyinə istinadən məlumat verir.

Məlumatda deyilir: "Beynəlxalq xəbər agentliklərinin xəbər verdiyi Geytsin çıxışı "qətiyyən həqiqətəuyğun deyil" və bu məsələlər Geytsin Səudiyyə Ərəbistanına səfəri zamanı müzakirə edilməyib".

Geyts çərşənbə günü Səudiyyə Ərəbistanına səfər edib. Sonra o, ər-Riyaddan əbu-Dəbiyə yola düşüb və orada jurnalistlərə bildirib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İrana qarşı yeni sanksiyaları dəstəkləməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti