İranın İlam əyalətində partlayış baş verib, 14 nəfər yaralanıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 10 Aprel 2010 14:43 (UTC +04:00)

İranın İlam şəhərində mərkəzi həbsxananın qarşısında bomba partlayıb. Bu barədə Fars informasiya agentliyi məlumat yayıb.

Partlayış məhbusların ailə üzvləri ilə görüşü zamanı baş verib. Partlayış nəticəsində həlak olanlar və yaralılar var. Yaralılar hazırda xəstəxanaya çatdırılır.

İlam şəhər Səhiyyə Xidmətinin rəhbəri Kuruş Sakinin sözlərinə görə, partlayış zamanı 14 nəfər yaralanıb, həlak olan yoxdur. Zərərçəkənlərin vəziyyəti stabil qiymətləndirilir.

İlam şəhəri İraq ilə sərhəddə yerləşən qərbi İlam əyalətinin mərkəzidir.

Xəbər lenti

Xəbər lenti