...

Rusiya S300 RLS-i təhvil verməsə, özümüz istehsal edəcəyik- iranlı deputat

Dünya xəbərləri Materials 12 Aprel 2010 14:03 (UTC +04:00)
Rusiya S300 RLS-i təhvil verməsə, özümüz istehsal edəcəyik - iranlı deputat
Rusiya S300 RLS-i təhvil verməsə, özümüz istehsal edəcəyik- iranlı deputat

İran Parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaiddin Brucerdi bildirib ki, əgər Rusiya S300 raketdən müdafiə sistemini İrana təhvil verməsi ilə bağlı öhdəliyinə əməl etməsə, heç şübhəsiz, ölkənin raket sahəsində çalışan mütəxəssislərin gücü ilə bu raketdən müdafiə sistemini İranın daxilində istehsal edəcəyik. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Brucerdi əlavə edib ki, fikrimcə, sonda ruslar bu müdafiə sistemini İrana təhvil verəcək, ona görə ki, İran Rusiyanı regionda öz öhdəliklərinə əməl edən bir ölkə kimi tanıyıb.

Rusiya və İran 1 milyard dollar dəyərində S300 raketdən müdafiə sistemi barədə razılaşmanı 2005-ci ilin dekabr ayında imzalayıblar. Bu razılaşmadan və İranın nüvə proqramından narahat olan ABŞ və İsrail Moskvadan Tehrana raket sisteminin satılmasından imtina etməsini istəyib. Rusiya mətbuatının məlumatına əsasən, Rusiya S300 raketdən müdafiə sisteminin İrana satışından imtina edib.

Xəbər lenti

Xəbər lenti