İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) nümayəndəsi Əli Əsgər Soltaniyə səlahiyyət müddəti başa çatdığına görə başqası ilə əvəz olunacaq, - asriran.com. saytı bildirir.
Məlumata görə, yeni nümayəndənin adı yaxın vaxtlarda məlum olacaq.
Soltaniyə 2005-ci ildən BAEA-da nümayəndənin səlahiyyətlərini icra edib. Əvvəllər o, nüvə məsələləri üzrə danışıqlar qrupunun üzvü olub.