...

Yanacağın mübadiləsi tərəflər arasında etimad yaratmaq üçün əlverişli fürsət yarada bilər - İran XİN rəhbəri

Dünya xəbərləri Materials 20 Aprel 2010 13:30 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Möttəki bildirib ki, Tehran reaktoruna lazım olan yanacağın mübadiləsi tərəflər arasında etimad yaratmaq üçün əlverişli fürsət ola bilər. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.
Yanacağın mübadiləsi tərəflər arasında etimad yaratmaq üçün əlverişli fürsət  yarada bilər - İran XİN rəhbəri

İranın xarici işlər naziri Mənuçöhr Möttəki bildirib ki, Tehran reaktoruna lazım olan yanacağın mübadiləsi tərəflər arasında etimad yaratmaq üçün əlverişli fürsət ola bilər. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

"Əgər Tehran reaktoruna lazım olan yanacağın mübadiləsi məsələsinin əsasında razılıq ciddi şəkildə əldə olunarsa, digər məsələlərlə bağlı müzakirələr aparmaq və qarşılıqlı etimad yaratmaq mümkündir", - deyə Möttəki bu gün türkiyəli həmkarı Əhməd Davudoğlu ilə keçirdiyi birgə mətbuat konfransında "İran hələ də yanacağın öz ərazisində mübadiləsinə təkid edirmi?" sualının cavabında deyib.

Möttəki əlavə edib ki, "Fikrimcə, əgər tərəflərin yanacağın mübadilə formulu haqda ciddi istəkləri olarsa, yanacaq mübadiləsi hələ də tərəflər arasında qarşılıqlı etimadın yaranmasına şərait yarada bilər.

Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu da bildirib ki, rəsmi Ankara İranın nüvə proqramının diplomatik yollarla həll olunacağına inanır və bu sahədə hər an və hər yerdə Tehrana köməklik etməyə hazırdır.

"Əgər İran məsləhət görərsə, Türkiyə Tehran reaktoruna lazım olan yanacağın mübadiləsi prosesinə qoşulsun, biz bu əməkdaşlığı etməyə hazırıq", - deyə Davudoğlu deyib. O əlavə edib ki, "Öz təkliflərimizi ABŞ və İran tərəflərinə təqdim etmişik".

Davudoğlu Türkiyənin nüvə yanacağı mübadiləsi məsələsində üçüncü ölkə kimi vasitəçilik etməyə hazır olduğunu deyib.

Qərb tələb edir ki, İran "Tehran" nüvə laboratoriyası reaktorunun yanacaqla təmin edilməsi üçün Rusiyaya 1200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil alsın.

"Tehran" laboratoriyasında reaktor 40 il bundan əvvəl ABŞ tərəfindən tikilib və əsas funksiyası dərmanların istehsalı ilə məşğul olmaqdır. Sonuncu dəfə 1993-cü ildə İran Argentinadan 30 kq 19,75 faiz zənginləşdirilmiş uran almaqla, bu reaktoru yanacaqla təmin edib.

ABŞ və Qərb İranı nüvə silahı yaratmağa çalışmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsindən məqsədin nüvə elektrik stansiyalarını yanacaqla təmin etmək olduğunu bildirib. 2006-cı ildə İranın nüvə proqramı MAQATE Hakimlər Şurasından BMT Təhlükəsizlik Şurasına göndərilib və bu şura İranın nüvə proqramını dayandırmaq üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin üçündə İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti