İran Prezidenti Mahmud Əhmədinejad yaxın günlərdə Zimbabve və Uqandaya səfər edəcək. Bu barədə Trend İranın Dövlət Radiosuna istinadən məlumat yayıb.
İranın kooperasiya naziri Məhəmməd Abbasi Zimbabve Prezidenti Robert Muqabe ilə görüşüb. Görüşdən sonra Abbasi Əhmədinejadın bu ölkəyə səfər edəcəyini bildirib. İranın Əsre İran xəbər saytı da Əhmədinejadın Uqandaya səfəri zamanı bu ölkədə neft emalı zavodunun tikilməsi və nüvə məsələsinin müzakirələrin əsasını təşkil edəcəyini bildirib.
Uqanda hazırda BMT TŞ-in qeyri-daimi üzvidir. Hələlik Əhmədinejadın bu iki ölkəyə səfərinin dəqiq vaxtı açıqlanmayıb.