Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Kiyevdə ikigünlük işgüzar səfərdədir. Məlumatı Cihan agentliyi yayıb. Çərşənbə günü Davudoğlunun Ukrayna Prezidenti Viktor Yanukoviç və həmkarı Konstantin Qrişenko ilə görüşü planlaşdırılıb. Sabah Türkiyənin XİN rəhbəri Krım Muxtar Respublikasında krım tatarlarının milli toplantısında da iştirak edəcək.
Danışıqların nəticəsi olaraq, tərəflərin 2010-2011-ci illər üçün ikitərəfli əlaqələrin inkişafına dair yol xəritəsi tərtib edəcəkləri, həmçinin Kiyevlə Ankara arasında olan qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək məqsədilə siyasi danışıqların intensivləşdirilməsinə dair təcrübi addımları müəyyən edəcəkləri gözlənilir.