Gürcüstan, Tbilisi, 12 may /Trend, müxbir N.Kirsxaliya/
Avropa qonşuluq siyasəti çərçivəsində Fəaliyyət Planının yerinə yetirilməsi üzrə Gürcüstanın nailiyyətləri haqda aralıq məruzə çərşənbə günü mayın 12-də Brüsseldə rəsmən təqdim olunacaq.
Məruzədə 2009-cu ildə Fəaliyyət Planında nəzərdə tutulan öhdəliklərin Gürcüstan tərəfindən yerinə yetirilməsi qiymətləndiriləcək. Bu artıq Fəaliyyət Planında nəzərdə tutulan öhdəliklərə əməl olunması üzrə üçüncü qiymətləndirmədir.
Təqdimatın birbaşa yayımı Avropa Komissiyasının Gürcüstandakı nümayəndəliyində baş tutacaq.
Gürcüstan Avropa qonşuluq siyasətinə (AQS) 2004-cü il noyabrın 14-də qoşulub. Fəaliyyət Planı Gürcüstan və Aİ əməkdaşlığının strateji vəzifələrini müəyyən edən sənəddir.