...

Qadınlar bütün dünya üzrə 1 milyarddan çox siqaret çəkənlərin təxminən 20 faizini təşkil edir - BMT

Dünya xəbərləri Materials 31 May 2010 17:40 (UTC +04:00)
Qadınlar bütün dünya üzrə 1 milyarddan çox siqaret çəkənlərin təxminən 20 faizini təşkil edir.
Qadınlar bütün dünya üzrə 1 milyarddan çox siqaret çəkənlərin təxminən 20 faizini təşkil edir - BMT

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir K.Zərbalıyeva/

Qadınlar bütün dünya üzrə 1 milyarddan çox siqaret çəkənlərin təxminən 20 faizini təşkil edir. Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibi Pan Gi Munun Ümumdünya Tütünsüz Günü münasibətilə etdiyi müraciətdə bildirilir.

Baş katib bildirib ki, bəzi ölkələrdə qadınlar arasında tütündən istifadə dalğası artmaqdadır. "Qadınlar tütün sənayesi üçün başlıca sərfəli hədəfdir, bu sənayenin tütünlə əlaqəli xəstəliklərdən vaxtsız öləcək hazırkı istifadəçilərin təqribən yarısını əvəz etmək üçün yeni istifadəçiləri cəlb etməyə ehtiyacı var", - Pan Gi Mun vurğulayıb.

Baş katib əmindir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çağırışına cavab verməklə, ayrı-ayrı hökumətlər qadınlar arasında getdikcə daha geniş yayılmaqda olan ölümlə nəticələnən və əlilliyə səbəb olan infarkt, iflic, xərçəng və respirator xəstəliklərin sayını azaltmağa nail ola bilərlər.

Ümumdünya Tütünsüz Günü ÜST-nin il ərzində təşkil etdiyi bir çox digər ümumdünya sağlamlıq mövzusundakı maarifləndirmə günlərindən biridir.

Ümumdünya Tütünsüz Günü 2010-nun mövzusu - "Gender və tütünün qadınlara satışı" - tütün ticarətinin qadınlara və qızlara zərərli təsirlərinə xüsusi diqqət yönəldir.

Xəbər lenti

Xəbər lenti