...

İsrail hərbçilərinin saxladıqları "Azadlıq donanması"nın fəallarından 3-ü Türkiyəyə qayıdıb

Dünya xəbərləri Materials 1 İyun 2010 10:37 (UTC +04:00)
Bir az əvvəl İsrail hərbçiləri tərəfindən saxlanılan "Azadlıq donanması" humanitar yardım karvanının türk fəallarından 3-ü vətənə qayıdıb. Bu barədə çərşənbə axşamı "Cihan" agentliyi məlumat verib.
İsrail hərbçilərinin saxladıqları "Azadlıq donanması"nın fəallarından 3-ü Türkiyəyə qayıdıb

Bir az əvvəl İsrail hərbçiləri tərəfindən saxlanılan "Azadlıq donanması" humanitar yardım karvanının türk fəallarından 3-ü vətənə qayıdıb. Bu barədə çərşənbə axşamı "Cihan" agentliyi məlumat verib.

İsrail xüsusitəyinatlıları bazar günündən bazar ertəsinə keçən gecə neytral sularda 6 gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçiriblər. Donanmanın tərkibində mühasirədə olan Qəzza sektoruna yollanan humanitar yüklə birlikdə, ən azı, 600 nəfər hüquq müdafiəçisi olub. Onların əksəriyyəti türk vətəndaşları olub.

Dünya KİV-in verdiyi məlumata görə, hazırtda İsrailin həyata keçirdiyi xüsusi əməliyyatın qurbanlarının sayı 19 nəfərə çatıb. İsraillilər 10 nəfərin öldüyünü iddia edirlər.

Agentliyin məlumatına görə, İsrail hərbçilərinin hücumu zamanı fəallar "Qəzza" gəmisində olublar. Onların hər 3-ü Türkiyə aviaxəttinin reys təyyarəsi ilə Təl-Əvivdən İstanbula uçublar.

Xəbər lenti

Xəbər lenti