...

Türkiyə Parlamentinin spikeri İrana gəlib

Dünya xəbərləri Materials 14 İyun 2010 12:01 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin (Parlament) (TBMM) sədri Mehmet Əli Şahin bazar günü İrana gəlib. Bu barədə "TRT Russian" məlumat yayıb.
Türkiyə Parlamentinin spikeri İrana gəlib

Türkiyə Böyük Millət Məclisinin (Parlament) (TBMM) sədri Mehmet Əli Şahin bazar günü İrana gəlib. Bu barədə "TRT Russian" məlumat yayıb.

Şahin Tehran aeroportunda jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Türkiyə İranla parlamentlərarası münasibətləri iki ölkə arasındakı əməkdaşlığa töhfə vermək məqsədilə genişləndirir.
Onun sözlərinə görə, Türkiyə və İran arasında əməkdaşlıq, xüsusilə son illər ideal şəkildə inkişaf edir.

Şahin Tehrana gəldikdən sonra, İran Parlamentinin vitse-spikeri Şəhabəddin Sədr ilə görüş keçirib. Bu barədə Anadolu agentliyi bildirib.

Şahin səfərinin gedişində İran Parlamentinin spikeri Əli Laricani, XİN rəhbəri Mənuçöhr Möttaki, Prezident Mahmud Əhmədinejat və ali dini rəhbər Əli Xamneyi ilə danışıqlar aparacaq. Səfər 15 iyunadək davam edəcək.

Xəbər lenti

Xəbər lenti