...

YUNİSEF Qırğızıstandan olan qaçqınlara daha bir humanitar yardım partiyası göndərib

Dünya xəbərləri Materials 22 İyun 2010 13:19 (UTC +04:00)
Özbəkistanın Əndican vilayətindəki qaçqınlar üçün düşərgələrdə uşaqların və qadınların tələbatının qiymətləndirilməsinə uyğun olaraq, BMT Uşaq Fondu (YUNİSEF) Qırğızıstandan olan qaçqın düşərgələrindəki qadın və uşaqlar üçün növbəti humanitar yardım partiyasını göndərib. Bu barədə Trend-ə YUNİSEF-in Daşkənddəki nümayəndəliyindən məlumat verilib.
YUNİSEF Qırğızıstandan olan qaçqınlara daha bir humanitar yardım partiyası göndərib

Özbəkistan, Daşkənd, 22 iyun /Trend, müxbir D.Əzizov/

Özbəkistanın Əndican vilayətindəki qaçqınlar üçün düşərgələrdə uşaqların və qadınların tələbatının qiymətləndirilməsinə uyğun olaraq, BMT Uşaq Fondu (YUNİSEF) Qırğızıstandan olan qaçqın düşərgələrindəki qadın və uşaqlar üçün növbəti humanitar yardım partiyasını göndərib. Bu barədə Trend-ə YUNİSEF-in Daşkənddəki nümayəndəliyindən məlumat verilib.

Şənbə günü Əndicana YUNİSEF-in 119,9 milyon sum dəyərində şəxsi gigiyena vasitələri, pamperslər, uşaq geyimlərindən ibarət növbəti yükü yola salınıb.

Bu həftə təşkilat qaçqın düşərgələrinə 1,9 milyard sum dəyərində zəruri dərmanlar və tibbi materiallar, suyun təmizlənməsi üçün həblər, gigiyenik dəstlər, uşaqlar üçün geyim və ayaqqabılar göndərəcək.

Xəbər verildiyi kimi, iyunun 14-də YUNİSEF fövqəladə vəziyyətlərə çevik reaksiya çərçivəsində, Daşkənddən Fərqanə vadisinə ümumi məbləği 67 min dollar olan humanitar yük yola salıb.

Oraya çadırlar, təcili tibbi yardım dəstləri, adyallar, su konteynerləri və sutəmizləyicilər, geyim, uşaq oyuncaqları dəstləri və sanitar-gigiyenik əşyalar daxildir.

Xəbər lenti

Xəbər lenti