Türkiyədə fəaliyyət göstərən PKK (Kürdüstan Fəhlə Partiyası) terror təşkilatı cümə günü atəşkəs elan edib. Bu barədə CNN Turk məlumat verib.
Atəşkəs sentyabrın 20-dək davam edəcək. PKK onun davam etdirilməsi üçün qruplaşmanın hazırda həbsdəki lideri Abdulla Öcalanın sülh prosesinə daxil olunmasını tələb edir.