...

İran kosmosa yeni peyk göndərəcək

Dünya xəbərləri Materials 16 Avqust 2010 12:05 (UTC +04:00)
İran 2011-ci ilin mart ayınadək kosmosa yeni peyk göndərəcək.
İran kosmosa yeni peyk göndərəcək

İran 2011-ci ilin mart ayınadək kosmosa yeni peyk göndərəcək. Bunu İranın rabitə naziri Rza Təqipur deyib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı İRİBNEWS məlumat verir.

Təqipurun sözlərinə görə, "Rəsəd 1" adlı peyk hava durumu, dəniz sahilləri, magistral yollar, çayların axını və digər araşdırmalar aparmaq məqsədilə orbitə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti