Əgər Fars körfəzinin təhlükəsizliyi İran üçün təmin edilməsə, İİR onun heç kimdən ötrü təhlükəsiz olmayacağına zəmanət vermir. Bunu Bəsic könüllü qüvvələri komandirinin birinci müavini, general Əli Fəzli bildirib. Məlumatı ILNA agentliyi yayıb.
Fəzli İranın quruya və havaya nəzarət etdiyini əlavə edib.
"Əgər düşmənlərimiz ağılsızlıq törədərlərsə, Fars körfəzinin təhlükəsizliyi tamamilə pozulacaq", - o deyib.