...

Tehran reaktoru üçün lazımlı nüvə yanacağı ilin sonunadək istehsal olunacaq - İran rəsmisi

Dünya xəbərləri Materials 31 Avqust 2010 10:24 (UTC +04:00)
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi açıqlayıb ki, indiyədək 25 kiloqram 20 faizlik uran artıq zənginləşdirilib və ilin sonunadək Tehran reaktoruna lazım olan bütün nüvə yanacağı ölkədə istehsal olunacaq. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat verir.
Tehran reaktoru üçün lazımlı nüvə yanacağı ilin sonunadək istehsal olunacaq - İran rəsmisi

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi açıqlayıb ki, indiyədək 25 kiloqram 20 faizlik uran artıq  zənginləşdirilib və ilin sonunadək Tehran reaktoruna lazım olan bütün nüvə yanacağı ölkədə istehsal olunacaq. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat verir.

"İran Qərb ölkələri ilə, heç bir şərt olmadan, Tehran bəyannaməsi əsasında müzakirələr aparmağa hazırdır; lakin bu o demək deyil ki, İran uranı zənginləşdirməkdən əl çəkəcək", -  Salehi deyib.

İrana, tibbi məqsədlərlə istifadə etmək üçün Tehrandakı tədqiqat reaktoruna 19,75 faizədək 120 kiloqrama yaxın zənginləşdirilmiş uran tələb olunur. Ötən il oktyabrın sonlarında MAQATE İrandan Tehrandakı nüvə laboratoriyası reaktorunun yanacaqla təmin edilməsi üçün Rusiyaya 1 200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil almasını tələb edib. İran isə yalnız ölkə ərazisində sinxron mübadiləyə razılıq verdiyini bəyan edib.

Mayın 17-də isə Brazilyanın iştirakı ilə İran və Türkiyə 1 200 kq zəif zənginləşdirilmiş uranın Türkiyə ərazisində 20 faizlik yanacaqla mübadiləsi barədə bəyannamə imzalayıblar. İranın zəif zənginləşdirilmiş uranı Tehranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında müvafiq sazişin imzalanmasından sonra bir ay müddətində Türkiyəyə göndərilə bilər.

Xəbər lenti

Xəbər lenti