...

Pakistan vətəndaşlarının İran sərhədində toplaşması müşahidə olunmur – XİN rəsmisi

Dünya xəbərləri Materials 31 Avqust 2010 17:38 (UTC +04:00)
Tehran Pakistanda baş vermiş sel və daşqınlarda sağ qalan insanların İranla sərhədə toplaşaraq bu ölkəyə keçməyə cəhd etmələri barədə məlumatları təkzib edib.
Pakistan vətəndaşlarının İran sərhədində toplaşması müşahidə olunmur – XİN rəsmisi

Tehran Pakistanda baş vermiş sel və daşqınlarda sağ qalan insanların İranla sərhədə toplaşaraq bu ölkəyə keçməyə cəhd etmələri barədə məlumatları təkzib edib. Bu barədə Press TV yazır.

"Biz daşqınlardan əziyyət çəkmiş Pakistan vətəndaşlarının İran sərhədinə doğru axını barədə heç bir məlumat almamışıq və DİN-in təhlükəsizlik nümayəndələri hələlik bu faktı təsdiq etməyiblər", - İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst çərşənbə axşamı həftəlik mətbuat konfransında bəyan edib.

Lakin o, bütün ölkələri, eləcə də müsəlmanları daşqınlardan əziyyət çəkən Pakistan xalqına yardım etmək üçün səylərini əsirgəməməyə çağırıb və İran Prezidenti Mahmud Əhmədinejadın daşqınlardan əziyyət çəkənlərə baş çəkəcəyini əlavə edib.

Xəbər lenti

Xəbər lenti