...

Türkdilli ölkələrin rəhbərləri mədəni əməkdaşlıq haqqında razılığa gəliblər – Prezident Gül (YENİLƏNIB)

Dünya xəbərləri Materials 16 Sentyabr 2010 16:39 (UTC +04:00)
2011-ci ildə Türkdilli ölkələrin dövlət başçılarının XI Zirvə toplantısı Qazaxıstanda keçiriləcək. Bunu Türkiyə Prezidenti Abdullah Gül deyib.
Türkdilli ölkələrin rəhbərləri mədəni əməkdaşlıq haqqında razılığa gəliblər – Prezident Gül (YENİLƏNIB)

RED. əlav.: birinci abzasdan sonra əlavə olunub

Türkdilli ölkələrin dövlət başçılarının XI zirvə toplantısı 2011-ci ildə Qazaxıstanda keçiriləcək. Bunu Türkiyə Prezidenti Abdullah Gül deyib. Məlumatı "TRT Haber" telekanalı yayıb.

"X zirvə toplantısı çərçivəsində türkdilli ölkələrin rəhbərləri cümə axşamı dövlətlər arasında mədəni əməkdaşlığın inkişafı üçün bir sıra layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər", - Türkiyə Prezidenti Abdullah Gül birgə mətbuat konfransında bildirib.

"Türk mədəni irsinin qorunub saxlanması üçün Bakıda xüsusi vəqf yaradılacaq, 2012-ci ildə Astana TÜRKSOY tərəfindən türk dünyasının mədəniyyət paytaxtı elan ediləcək, universitetlər araşdırma sahəsində əməkdaşlıq edəcəklər, özəl fond yaradılacaq", - Türkiyə Prezidenti deyib.

Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısının əsas məqsədi mənzil-qərargahı İstanbulda yerləşəcək yeni beynəlxalq təşkilat - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması prosesinin başa çatdırılması olub.

Gülün sözlərinə görə, dövlət başçıları növbəti sammitin Qazaxıstanda, 2012-ci ildə isə Qırğızıstanda keçirilməsini qərara alıblar.

Bundan başqa, Türkmənistanda iri türk mədəniyyəti festivalı keçiriləcək.

Gül əlavə edib ki, belə tədbirlərin əsas məqsədi regional əməkdaşlığın gücləndirilməsindən ibarətdir və ayrı-ayrı ölkələrin problemlərinin vahid türk əməkdaşlığına mane olmasına yol vermək olmaz.

Əməkdaşlıq Şurasının yaradılması ideyasını ilk dəfə Nursultan Nazarbayev 2006-cı ildə Antalyadakı sammitdə bəyan edib. 2009-cu ildə Naxçıvanda keçirilmiş forumda bu ideya yeni beynəlxalq strukturun yaradılması haqqında sazişlə möhkəmlənib. Şura eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi məqsədini daşıyan yeni regional ümumtürk birliyinin yaranması üçün baza olacaq.

Sammit iştirakçıları beynəlxalq və regional məsələlərin geniş dairəsini də müzakirə edəcəklər. Bundan başqa, gündəliyə məsləhətçi-məşvərətçi orqanın - Ağsaqqallar Şurasının yaradılması məsələsi də daxildir. Şuraya Türkiyə Prezidenti Katibliyinin rəhbəri Mustafa İsenin rəhbərlik edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti