...

Qazaxıstan və Rusiya prezidentləri Astanada keçiriləcək ATƏT sammiti məsələlərini müzakirə ediblər

Dünya xəbərləri Materials 21 Sentyabr 2010 20:24 (UTC +04:00)

Qazaxıstan və Rusiya prezidentləri Nursultan NazarbayevDmitri Medvedev arasında telefon danışığı olub. Bu barədə çərşənbə axşamı "QazTAQ" dövlət rəhbərinin mətbuat xidmətinə istinadən məlumat verib.

"Söhbət zamanı Ust-Kamenqorskda keçirilən Qazaxıstan və Rusiya VII regionlararası əməkdaşlıq forumunda əldə edilən razılaşmaların həyata keçirilməsi, o cümlədən iki ölkənin yüksək texnologiyalar, elm və təhsil, tranzit-nəqliyyat potensialının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb", - məlumatda deyilir.

"Dövlət rəhbərləri Astanada keçiriləcək ATƏT sammiti məsələlərini müzakirə ediblər", - mətbuat xidməti məlumat yayıb.

ATƏT-in sammiti dekabrın 1-2-də Qazaxıstan paytaxtında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti