...

Qərb İranın nüvə proqramına münasibətdə ikili standart siyasəti yeridir – İran XİN rəhbəri

Dünya xəbərləri Materials 27 Sentyabr 2010 14:30 (UTC +04:00)
İran XİN rəhbəri Mənuçöhr Möttəki Qərb siyasətçilərinin İranın nüvə proqramına münasibətdə ikili standartları tənqid edərək, bu məsələyə yenidən baxmağı məsləhət görüb. Bu barədə xəbəri "Press-TV" yayıb.
Qərb İranın nüvə proqramına münasibətdə ikili standart siyasəti yeridir – İran XİN rəhbəri

İran XİN rəhbəri Mənuçöhr Möttəki Qərb siyasətçilərinin İranın nüvə proqramına münasibətdə ikili standartları tənqid edərək, bu məsələyə yenidən baxmağı məsləhət görüb. Bu barədə xəbəri "Press-TV" yayıb.

"İran məsələsinə [nüvə] mövcud reallıqlar çərçivəsində yenidən baxmaq lazımdır. Biz bu məsələni qanun və ədalətə əsaslanaraq nizamlamalıyıq", - Möttəki Nyu-Yorkda öz alman həmkarı Gido Vestervellə görüşərkən deyib.

O, əlavə edib ki, İslam Respublikası ilə konstruktiv danışıqlar və qarşılıqlı fəaliyyət yalnız "5 +1"  qrupu (Rusiya, Çin, Böyük Britaniya, Fransa, ABŞ və Almaniya) çərçivəsində mümkündür.

"BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsinə baxmayaraq, İran Türkiyə və Braziliya ilə birgə yanacaq mübadiləsi haqqında Tehran Bəyannaməsinin həyata keçirilməsinə hələ də hazırdır", - Möttəki qeyd edib.

Vestervel öz növbəsində bildirib ki, İranın nüvə proqramı üzrə danışıqların bərpa edilməsi üçün müvafiq siyasi və beynəlxalq atmosfer mövcuddur.

O, təsdiq edib ki, "5+1"in bütün üzvləri İranın sülh məqsədilə nüvə enerjisi əldə edə bilməsi hüququnu tanıyırlar və əlavə edib ki, nüvə problemi yalnız konstruktiv danışıqlar yolu ilə həll edilə bilər.

Uranın mübadiləsi haqqında üçtərəfli razılaşma mayın 17-də İran, Türkiyə və Braziliya arasında əldə olunub. Bu ölkələrin XİN rəhbərləri Tehran elmi-tədqiqat reaktoru üçün Tehranın mövcud aşağı zənginləşdirilmiş (3,5 faizədək) uranının yüksək zənginləşdirilmiş (30 faizədək) yanacaqla mübadiləsi üzrə razılaşma layihəsi imzalayıblar.

Xəbər lenti

Xəbər lenti