...

İordaniya Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcək

Dünya xəbərləri Materials 5 Oktyabr 2010 07:22 (UTC +04:00)
İordaniya Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcək. Bu sözləri İordaniyanın xarici işlər naziri cənab Naser Cudeh Azərbaycanın bu ölkədəki səfiri Elman Araslı ilə görüşü zamanı söyləmişdir, səfirliyin mətbuata verdiyi məlumatda bildirilir.
İordaniya Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcək

İordaniya Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcək. Bu sözləri İordaniyanın xarici işlər naziri cənab Naser Cudeh Azərbaycanın bu ölkədəki səfiri Elman Araslı ilə görüşü zamanı söyləmişdir, səfirliyin mətbuata verdiyi məlumatda bildirilir.

Azərbaycanın İordaniyadakı səfirliyinin verdiyi məlumata əsasən, səfir E.Araslı İordaniyanın xarici işlər naziri, cənab N.Cudehlə görüş keçirərək ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmişdir. Görüş zamanı səfir Azərbaycanla İordaniya arasındakı əlaqələrin yüksək templərlə inkişaf etdiyini bildirərək, bu tempin qorunmasına və əlaqələrin daha da möhkəmlənməsinə hər iki tərəfin eyni dərəcədə önəm verdiyini vurğulamışdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın tutduğu mövqenin İordaniya tərəfindən dəstəklənməsinə görə İordaniya tərəfinə təşəkkür bildirən səfir bunun Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini söyləmişdir.

Öz növbəsində nazir N.Cudeh Azərbaycanla İordaniya arasındakı əlaqələrin dostluq və qardaşlıq ruhunda davam etdiyini xüsusi qeyd edərək, öz ölkəsinin həm Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində, həm də bütün digər istiqamətlər üzrə Azərbaycanın mövqeyinə bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində dəstək veriləcəyini söyləmişdir.

Söhbət zamanı iki ölkə arasında mövcud olan siyasi, iqtisadi, mədəni və digər sahələr üzrə əməkdaşlığın vəziyyəti nəzərdən keçirilmiş, əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin, o cümlədən hər iki dövlətin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi qeyd edilmişdir.

Xəbər lenti

Xəbər lenti