...

Əfqanıstanda Ali Sülh Şurası yaradılıb

Dünya xəbərləri Materials 7 Oktyabr 2010 15:46 (UTC +04:00)
"Taliban" qruplaşması ilə sülh danışıqları aparmaq məqsədilə Əfqanıstan Prezidenti Həmid Kərzainin iştirakı ilə Ali Sülh Şurasının yaradılması ilə əlaqədar mərasim keçirilib.
Əfqanıstanda Ali Sülh Şurası yaradılıb

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir D.Xatınoğlu/

"Taliban" qruplaşması ilə sülh danışıqları aparmaq məqsədilə Əfqanıstan Prezidenti Həmid Kərzainin iştirakı ilə Ali Sülh Şurasının yaradılması ilə əlaqədar mərasim keçirilib. Bu barədə cümə axşamı Trend-ə Əfqanıstan Prezident Administrasiyasından məlumat verilib.

Məlumata əsasən, Əfqanıstan ziyalıları, alimləri və ağsaqqallarından ibarət 68 nəfər Ali Sülh Şurasının üzvüdür. Şuraya qadınlardan da üzv olanlar var.

"Ümid edirəm ki, bu Şura Əfqanıstan xalqının arzularını həyata keçirəcək. Bu Şura Əfqanıstan xalqının nümayəndələri tərəfindən yaradılıb və sülh naminə məşvərət şurasıdır. Şuranın yaradılması üçün böyük arzu və ümidlərlə qərar qəbul edilib", - Əfqanıstan Prezidenti Ali Sülh Şurasının açılış mərasimində çıxışı zamanı bildirib.

Kərzai əlavə edib ki, Ali Sülh Şurası müstəqil bir qurumdur və Əfqanıstan hökuməti bu Şuraya öz məqsədlərinə çatmaq üçün hər cür kömək etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti